Yıxılan sərnişin təkərin altında qalaraq öldü

Yıxılan sərnişin təkərin altında qalaraq öldü

Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org xəbər verir ki, qəza avqustun 13-də saat 16 radələrində qeydə alınıb.

Göyçay rayon sakini F.Hüseynov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

 Həmin vaxt F.Hüseynovun sərnişini olan oğlu Süleyman hərəkətdə olan avtomobildən yıxılıb və arxa təkərin altında qaldığından ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.org

COMMENTS