Yol polisi sürücülərə 85 milyon cərimə yazıb- ÖTƏN İL

Yol polisi sürücülərə 85 milyon cərimə yazıb

Dövlət Statistika Komitəsi 2018-ci il ərzində yol hərəkəti qaydalarının pozulması ilə bağlı göstəriciləri açıqlayıb.

Gununsesi.org  verdiyi xəbərə görə, ötən il yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3 milyon 409,7 min olub.

Xətaların 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması ilə bağlıdır, bu da ötən illə müqayisədə 4,3 faiz azdır.

 14,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi nəticəsində yaranıb, bu göstərici 2017-ci illə müqayisədə 57,6 faiz çoxalıb.

Xətaların 10,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (9,7 faiz çox), 9,1 faizi dayanma və ya durma qaydalarının pozulması (7,3 faiz az), 4,0 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (23,9 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (12,0 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

COMMENTS