Yol polislərinin yeni uniforması neçəyə başa gəlir? – CAVAB

  • By admin
  • 15 Yanvar 2020 16:48

Son günlərdə mətbuatda və bir sıra dövlət saytlarında polislərin yeni geyim formasına keçəcəyi ilə bağlı xəbərlər yer almışdı.

 

Gununsesi.org məsələ ilə bağlı Baş Dövlət Yol Polisinin rəsmisi Kamran Əliyevlə əlaqə saxlayıb. Saytımızın polislərin yeni geyim formalarının hansı ölkənin istehsalı olması və nə qədər pul xərclənməsi ilə bağlı sualına cavabında Kamran Əliyev bu barədə məlumatsız molduğunu bildirib. O qeyd edib ki, yeni geyimlər yol polisləri üçün nəzərdə tutulub. Kamran Əliyev geyim xərcləri ilə bağlı sualımızla bağlı isə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağımızı təklif etdi.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətinin rəsmisi Ehsan Zayidov saytımıza açıqlamasında yeni uniformaların yalnız çöl şəraitində işləyən yol patrul və post patrul xidməti polislərinə şamil olunacağını bildirib: “Maliyyə hissəsini mən bilmərəm. Uniformalar cənab prezidentimizin tapşırığı və göstərişi ilə Azərbaycanda istehsal olunub”, – deyə o qeyd edib.

Gununsesi.org