Yol sürüşməsi ilə əlaqədar Bibiheybət məscidindən Bakı istiqamətinə hərəkət məhdudlaşdırılıb

  • By admin
  • 24 Noyabr 2019 20:53

Bakıda yolda sürüşmə baş verib.

Gununsesi.org Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq: “Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik”.

 

Gununsesi.org