Yük maşını polis bölməsinə çırpıldı - FOTOLAR

  • By admin
  • 14 Avqust 2019 14:58

Bakıda polis bölməsinə yük maşını girib. 

Gununsesi.org xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, yük maşını 37 nömrəli polis bölməsinin qapısını qırıb, divarın bir hissəsini dağıdıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib:

“Sürücü dönmə əməliyyatını yerinə yetirən zaman səhvə yol verib və nəticədə yük maşını bölmənin divarına çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.


Gununsesi.org