Yunanıstanda yeraltı şəhər tapıldı - FOTOLAR

  • By admin
  • 16 Dekabr 2016 20:57

yunan-3

Afinanın şimalında yerləşən Karditsa şəhərinin yaxınlığında İsveçin Qeterborq Universitetinin arxeoloqları qədim yeraltı şəhərə rast gəliblər.

Gununsesi.info xəbər verir ki, alimlərin fikrincə, yeni tapıntı antik dövrün tarix barədə təsəvvürləri dəyişə bilər. Xüsusi radar vasitəsilə arxeoloqlar yerin altındakı qədim əşyaları nəzərdən keçirə biliblər.

Arxeoloqlar bildiriblər ki, qazıntıya başlamamalarına baxmayaraq, onlar xüsusi cihazlar vasitəsilə artıq şəhərin müxtəlif tərəflərə uzanan küçələrini də görə bilirlər.

yunan-1

Gununsesi.info