Yunanıstann FETÖ-çuları geri qaytarmır

  • By admin
  • 06 Dekabr 2016 11:55

yunan

Yunanıstan 15 iyul dövlət çevrilişində ittiham olunan 8 türkiyəli hərbçidən yalnız 3-ü barədə qərar qəbul edərək, əsgərləri Türkiyəyə geri qaytarmaqdan imtina edib.

Gununsesi.info-nun “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki,15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstanın Dədəağac (Aleksandropolis) şəhərinə qaçan 8 türkiyəli hərbçidən 3-ü Yunanıstan Türkiyəyə ekstradisiya etməkdən imtina edib. Eyni zamanda, Yunanıstan hələlik daha 5 əsgər barədə öz qərarını elan etməyib.

Xatırladaq ki, ikisi mayor, biri kapitan, beşi isə əsgər olan qiyamçılar Yunanıstandan sığınacaq istəyiblər.

Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirmişdi ki, qiyamçıların Türkiyəyə təhvil verilməsi üçün nə lazımdırsa ediləcək.

Anar
Gununsesi.info