Yunis Səfərovun məhkəmə vəsatətləri rədd edildi – Vəkillər istintaqda kobud qanun pozuntuları olduğunu bildiriblər

  • By admin
  • 08 Yanvar 2020 13:48

Bu gün Sabunçu rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı  sui-qəsd və hücumda təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Gununsesi.org-un məlumatına görə, işə hakim Məhəmməd Bağırovun sədrliyi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsi baxır. Məhkəmə zamanı Yunis Səfərov dövlət tərəfindən verilən vəkildən imtina etdiyini bildirib və vəkil Elçin Sadıqovun ona müdafiəçi təyin edilməsini istəyib. Məhkəmə iclasında verilən vəsatətlər müzakirə edilib. Hakimlər verilən vəsatətləri təmin etməyib və məhkəmə baxışı yanvarın 16-na təyin edilib.

Xatırladaq ki, ötən proses təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış edərək işdə kobud qanun pozuntuları olduğu üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını, maddi sübutlara baxış keçirilməsini və bəzi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər veriblər.

Gununsesi.org