Yunus Səfərovun yaralı fotosunu yayan polislərin vəsiqəsi əlindən alındı - ONLAR DİN SIRALARINDAN AZAD EDİLƏCƏK

  • By admin
  • 13 İyul 2018 09:34

 

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd həyata keçirən Yunus Səfərovun həbsdən sonra döyüldüyünü əks etdirən fotolarının yayılması sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarına qarşı sərt tənqidlərə səbəb olmuşdu.

Düzdür, sonradan Yunus Səfərov telekanallara çıxardıldı və öz dilindən üzündəki  xəsarətləri zərərsizləşdirilərkən aldığını dedi.

Gununsesi.info-nun araşdırması zamanı isə bəlli olub ki, Yunus Səfərovun yerə uzandığı halda fotosunu çəkib yayanlar polis əməkdaşlarıdır. 

Məlumata görə,  Daxili İşlər Nazirinin müavini Oruc Zalovun həmin polislərin xidməti vəsiqələrini əllərindən aldığı və onların DİN sıralarından xaric ediləcəyi bildirilir.

Gununsesi.info