“Yuventus” doğma meydanda xal itirdi

“Yuventus” doğma meydanda xal itirdi

İtaliya A Seriyasının 22-ci turu çərçivəsində “Yuventus” doğma meydanda “Parma”nı qəbul edib.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, oyun 3:3 hesabı ilə başa çatıb.

Ev sahibi komandanın heyətində Ronaldu (36 və 66-cı dəq.) və Ruqani (62-ci dəq.), qonaq komandadan isə Barilla (64-cü dəq.) və Jervinyo (74 və 90-cı dəq.) fərqləniblər.

Ronaldu dubl etməklə bombardirlər siyahısında 17 qolla başçılıq edir.

“Yuventus” heç-heçədən sonra 60 xalla birinci, “Parma” isə 29 xalla 12-ci yerdə qərarlaşıb.

COMMENTS