“Yuventus”un keçmiş futbolçusu güllələndi, maşını yandırıldı - FOTO

  • By admin
  • 08 Yanvar 2020 16:35

“Yuventus” və Serbiya millisinin keçmiş hücumçusu Darko Kovaçeviçə silahlı basqın olub.

Gununsesi.org xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada qeydə alınmış hadisə zamanı sabiq forvarda evinin yaxınlığında – avtomobilində olarkən atəş açılıb.

Ayağından yaralanan Kovaçeviç dərhal xəstəxanaya çatdırılıb. Cinayəti törədən(lər) isə onun avtomobilini yandırıb.

Kovaçeviç Turin klubu ilə yanaşı, “Latsio”, “Real Sosyedad” və “Olimpiakos” kimi klublarda da çıxış edib.

Gununsesi.org