“Yüz dəfə deyilib ki, təmiz işləyin! Amma yüz milyonlarla oğurlayırlar” – Putin məmurlara qəzəbləndi

  • By admin
  • 11 Noyabr 2019 16:51

Rusiyada Şərq kosmodromunun tikintisi zamanı yol verilən irimiqyaslı korrupsiya və obyektin tikintisinin illərdir tamamlanmaması prezident Vladimir Putini qəzəbləndirib.

Gununsesi.org virtualaz.org-a istinadən xəbər verir ki, Putin bu məsələ ilə bağlı keçirdiyi müşavirədə məmurları sərt tənqid edib.

“Yüz dəfə deyilib-təmiz işləyin! Böyük pullar ayrılır, layihə milli xarakter daşıyır. Yox! Yüz milyonlarla oğurlayırlar!”,-Putinin bu sözlərini Kremldə akreditə olunmuş jurnalist Dmitri Smirnov özünün Telegram-kanalında sitat gətirib.

Dövlət başçısının sözlərinə görə, oğurluq, mənimsəmə davam edir, baxmayaraq ki, onlarla cinayət işi qaldırılıb.

Uzaq Şərqdə kosmodromun tikntisi 2012-ci ildə başlayıb, layihənin dəyəri 92 milyard rubl qiymətləndirilir. Obyektin istifadəyə verilməsi müddəti dəfələrə təxirə salınıb, 2015-ci ilin yanvarında aparılan hesablamalara görə layihədən 13 milyard rubl mənimsənilmişdi.