Zərcirvari yol qəzasında 50 maşın toqquşdu - 20 YARALI

  • By admin
  • 17 Yanvar 2018 22:46

Meksikanın Saltilyo şəhərində avtomagistralda 50-dən çox maşın toqquşub.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb.

Məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub. Hazırda Meksikanın bir çox bölgəsində anomal soyuqlar müşahidə edilir. Bəzi ərazilərdə havanın temperaturu mənfi 5 dərəcəyədək enib.

Meksika hökuməti əhalini şəxsi avtomobillərlə səfər etməkdən çəkinməyə çağırıb.

Gununsesi.info