Zahid Oruc Şeyxə müraciət etdi - "SAKİTLİK MƏNİ NARAHAT EDİR"

  • By admin
  • 16 Mart 2018 13:25
“Prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir. Lakin sakitliklə bağlı məsələ məni narahat edir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki,  xaricdəki kəşfiyyat təşkilatları tərəfindən  himayə edilən qüvvələr Azərbaycanın əleyhinə kampaniya aparırlar:
“Mən  dövlətimizin möhkəmliyinə xələl gətirmək istəyənlərə cavab vermək istəyirəm. Hesab edirəm ki, bu tək dövlətə qarşı deyil, Azərbaycanın hər bir insanına qarşıdır. İlk növbədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx Həzrətləri  hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edib. Ona görə Şeyx başda olmaqla hər kəsi, ziyalıları, mədəniyyət xadimlərini mübarizə aparmağa çağırıram. Biz ölkə əleyhinə kampaniya aparanlara qarşı etirazımızı bildirməliyik”.
Mürtəza
Gununsesi.info