Zamirə Hacıyevanın evinə elektron cihaz qoyulur- PROKUROR ONUN LONDON QAÇMASINDAN NARAHATDIR

Zamirə Hacıyevanın evinə elektron cihaz qoyulur

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda girov qarşılığında azadlığa buraxılıb. Gununsesi.org bildirir ki, bu barədə BBC məlumat yayıb.

Xatırladaq ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı idi.

O, mənimsəmə üzrə iki maddə ilə ittiham olunur. Onun vəkilləri qadının “fırıldaqçı” olmadığını deyir.

O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub.

Ona çərşənbə axşamı zəmanət haqqı verilib, lakin prokurorlar qaçmaq ehtimalına görə etiraz ediblər.

Cümə axşamı günü Ali Məhkəmənin hakimi cənab Jeremy Baker “əhəmiyyətli əsaslar” olmadığını deyərək ona zəmanətə buraxılması barədə qərar verib.

Zamirə Hacıyeva 500 min funt sterlinq qarşılığında zəmanətə buraxılıb və onun evinə elektron etiketləmə cihazı da qoyulacaq.

Zəmanət şərtlərinə görə, o, axşam 9-dan səhər 6-dək evdə olmalıdır və hər gün Charing Cross polisinə məlumat verməlidir.

O həmçinin Londondan kənara çıxmamalı, səyahət sənədi üçün müraciət etməməlidir.

Zamirə Hacıyeva UWO çərçivəsində öz sərvətinin mənbəyini izah etməlidir.

COMMENTS