Zaqatalada fındıq festivalı keçirilib

  • By admin
  • 18 Noyabr 2017 15:35

Zaqatalada ilk dəfə “Fındıq-qoz-şabalıd” adlı beynəlxalq festival keçirilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, festivalda rayon rəhbərliyi ilə yanaşı, millət vəkilləri və xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri iştirak ediblər.

Festival iştirakçılarına Zaqatala rayonu, bu bölgənin qədimlərə söykənən fındıqçılıq ən-ənələri barədə geniş məlumat verilib. Sonra qonaqlar rayon iqtisadiyyatının əsasını təşkil edən fındıq, qoz və şabalıddan hazırlanan maraqlı əl işlərinə baxıblar, rayonun, o cümlədən bölgənin zəngin mətbəx nümunələrindən dadıblar.

Festival zamanı rayonda fəaliyyət göstərən dərnəklərin, təhsil və tədris mərkəzlərinin yetirmələrinin ifasında rəqs və musiqi nömrələri səslənib.

Gununsesi.info