Zelenski qubernatoru istefaya göndərdi

Zelenski qubernatoru istefaya göndərdi

Ukrayna prezidenti Vladimir Zelenski Nikolayevsk vilayətinin qubernatoru Vyaçeslav Bonyanı istefaya göndərib.

Gununsesi.org xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında yazılıb.

Xatırladaq ki, daha əvvəl Zelenskinin Nikolayevsk vilayətinə səfəri zamanı hava limanının direktoru ilə mübahisəsi düşmüşdü. Belə ki, aeroportun vaxtında təmir olunmaması prezidenti narazı salmışdı. Bundan sonra o, qubernator Bonyadan istefa ərizəsini tələb etmişdi.

Qeyd edək ki, Vyaçeslav Bonya bu ilin iyununda vəzifəyə təyin olunmuşdu.

Gununsesi.org

COMMENTS