Zelinski: “Ukrayna ABŞ-da keçiriləcək seçkilərə qarışmır”

  • By admin
  • 26 Noyabr 2019 15:54

Ukrayna Prezidenti Vladimir Zelinski Kiyevin ABŞ-ın prezident seçkilərinə qarışmadığını bildirib.

Gununsesi.org xəbər verir ki. bu barədə Zelinski bu barədə öz facebook səhifəsindən yayımladığı brifiqində danışıb.

Ukrayna prezidenti vurğulayıb ki, ABŞ-ın daxili işlərinə, prezident seçkilərinə müdaxilə etmirlər. Zelinski “Bizim müstəqil Ukraynamız var”, –  ifadəsini işlədib.

Qeyd edək ki, Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı Donald Trampa qarşı Konqresdə impiçment prosesinin başladılmasına səbəb olub. İyul ayının 25-də baş tutan telefon danışığından sonra demokratlar bildiriblər ki, D. Tramp telefon danışığı zamanı V. Zelinskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib.

Gununsesi.org