Zelenski və Putin İsraildə görüşə bilər

  • By admin
  • 22 Yanvar 2020 19:11

Rəsmi Kiyev Holokost anımı forumu çərçivəsində İsrailə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilməsini istəyib.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

“Onlara söylədim ki, prezidentin proqramı çox zəngindir. Ayrıca görüş olsa belə, yalnız ayaqüstü və çox qısa olacaq. Ayrıca görüşə fiziki olaraq vaxt qalmayacaq”, – o deyib.

Eyni zamanda o, heç kimin V.Zelenskinin istəyini geri çevirmədiyini qeyd edib.