Zelenskinin “ölüm fərmanı”​nı alan şəxs saxlanıldı

  • By admin
  • 09 Oktyabr 2019 17:28

Ukraynada Prezident Vladimir Zelenskinin qətlə yetirilməsi ilə bağlı tapşırıq alan kişi saxlanılıb.

Gununsesi.org-un “Ukrainskie novosti”yə istinadən verdiyi xəbərə görə, həmin şəxsdən polisə Krivoy Roq şəhərinin sakinləri şikayət edib. Onların sözlərinə görə, adı açıqlanmayan kişi Prezidentin “ölüm fərmanı”nı aldığını deyib.

Sözügedən şəxs saxlanıldığı zaman sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.org