Zelenskinin qələbəsi Avropa üçün ciddi problemlər yarada bilər

Zelenskinin qələbəsi Avropa üçün ciddi problemlər yarada bilər

Ukrayna prezidenti Vladimir Zelenskinin partiyasının parlament seçkisində qələbəsi Avropanın ciddi problemlərlə üzləşməsinə səbəb ola bilər.

Gununsesi.org xəbər verir ki, bu iddia ilə “Die Velt” qəzeti çıxış edib. Qəzet Xalqın Xidmətçisi Partiyasına səs verən ukraynalılar arasında Rusiya ilə münasibətlərin yaxşılaşmasını arzu edənlərin sayının kifayət qədər çox olduğunu bildirib:

“Əgər Zelenski Poroşenkonun mövqeyindən imtina etsə və Moskva ilə kompromisə getsə, bu, Avropada sərhədlərin uğurla dəyişdirilməsinin siqnalı olacaq. Bundan sonra Rusiya təzyiqlərini gücləndirəcək və eskalasiyaya cəhd edəcək”.

Gununsesi.org

COMMENTS