Zenfira İbrahimovadan həmkarlarına İSMARIC: Mənim üçün rəqib yoxdur – VİDEO

  • By admin
  • 13 Noyabr 2019 17:40

 

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Zenfira İbrahimova verib.

Gununsesi.org xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi həmkarlarını sərt tənqid edib:

“Deyirlər ki, trendə düşmək mənim üçün boş şeydir. Amma ürəkləri gedir ki, trenddə olsunlar. Səsi olmayan insan özünə sərmayə qoyub özünü məcburi tanıdırsa, bunun müddəti var. Biraz sonra o heç kimə lazım olmayacaq. Mənim üçün rəqib yoxdur.

Mənimlə “Çahargah təsnifi”ni, “Şur dəsgahı”nı, “Rast dəsgahı”nı, “Qarabağ şikəstəsi”ni oxusa, onu rəqib saya bilərəm. Səsləri yoxdur deyə, canlı oxumaqdan da çəkinirlər.

Gül səpdirirlər, fişəng atıb, şar partladırlar. Nə verilişə tək getmirəm, nə də gül səpdirmirəm. Sadə vətəndaşam. Hansı verilişə dəvət etsələr, fərq etmir. Öz işimi icra edib qayıdıram”.

Gununsesi.org