“Zeytun budağı”nda məhv edilən terrorçuların sayı 3400-ə yaxınlaşır

  • By admin
  • 12 Mart 2018 23:46

Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3347-yə çatıb.

Gununsesi.info xəbər verir ki, təkcə ötən gün ərzində Afrində 56 terrorçu məhv edilib.

Əməliyyat çərçivəsində indiyədək 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info