Zimbabve pezidenti istefaya getməkdən imtina edib

  • By admin
  • 16 Noyabr 2017 21:05

Zimbabve pezidenti Robert Muqabe hərbçilərlə danışıq zamanı istefaya getməkdən imtina edib.

Gununsesi.info xəbər verir ki, ölkənin hərbi qüvvələrinə yaxın mənbə deyib ki, pezident bununla vaxt udmaq istəyir.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb. Hazırda onların prezident iqamətgahında ev dustaqlığında olduqları bildirilir.

Gununsesi.info