“Zirə” sabiq hücumçusu ilə müqavilə imzalayıb

  • By admin
  • 10 Oktyabr 2019 21:25

“Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Gununsesi.org klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi sabiq hücumçusu Riçard Qadzeni transfer edib. 25 yaşlı qanalı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Riçard Qadze daha əvvəl 2017-ci ilin yanvarından 2018-ci ilin iyununa kimi “Zirə”nin formasını geyinib. Forvard son olaraq Rumıniyanın “Voluntari” klubunda çıxış edib.

 

 

 

Gununsesi.org