Ziyafət Əsgərov komitə sədrini belə aşağıladı- MÜBAHİSƏ

Ziyafət Əsgərov komitə sədrini belə aşağıladı

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun bugünkü iclasda “Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər barədə dedikləri birmənalı qaşılanmadı. Komitə sədri dünya filmlərindən, o cümlədən Azərbaycan filmlərindən nümunələr gətirərək müəyyən kadrlarda siqaretlə bağlı məqamların qadağan olunması əleyhinə çxıdı. O dedi ki, həm ABŞ, həm Fransa filmlərində siqaretli səhnələr var. O eyni zamanda Azərbaycanın bir sıra dahi şəxsiyyətlərinə də istinad etdi.

Gununsesi.org bildirir ki, birinci vitse-spiker Ziyafət Əsgərov isə söz alaraq R.Hüseynovun dediklərinin əleyhinə çıxdı: “Hazırda Hollivud filmlərində çəkilən filmlərin 95 faizində siqaret yığışdırılıb. Həmçinin Rusiya və Türkiyə filmlərində. Durub demək ki, Azərbaycan film və tamaşalarında siqaret çəkməmək insan azadlıqlarına ziddir, bu məntiqi başa düşə bilmirəm. Bunu adi adam desə, başa düşərdim, amma bir komitə sədri deyir. Onda tələbələrinizə siqaretlə bağlı elmi iş təklif edin ki, onun “əhəmiyyətini” göstərsinlər”.

R.Hüseynov təkrar çıxış üçün söz istəsə də, spiker “sən çıxış etmişdin və çıxışına cavab verildi”, deyə, ona çıxış imkanı yaratmadı.

COMMENTS