Zoomarketdə bıçaq çıxarıb 14 min apardılar

  • By admin
  • 09 Yanvar 2020 16:48

Mərdəkan qəsəbəsində quldurluq baş verib. 

Gununsesi.org xəbər verir ki, hadisə yanvarın 7-də saat 16 radələrində qeydə alınıb.

Qəsəbə ərazisində yerləşən zoomarketə gəlmiş 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Onlar H.Babayevin cibindən 14.000 manatı götürüb hadisə yerini tərk ediblər.

H.Babayev xəstəxanaya yerləşdirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.

Gununsesi.org